Murad Heydərlinin ölüm səbəbi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən idmançı beyin xərçəngindən əziyyət çəkirmiş.
O, dünən gecə vəfat edib.
Yaxınları bildirib ki, Muradın 1 ay əvvəl toyu olubmuş.
Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Anar Həsənov
22:12
Azərbaycanda idman ictimaiyyətinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi Murad Məsləhət oğlu Heydərli 16 iyul 2024-cü il tarixində, 27 yaşında vəfat edib.
Qeyd edək ki, 27 yaşlı M.Heydərli karyerasını başa vuraraq məşqçiliyə yeni başlamışdı. Cüdoçu həm Azərbaycanda, həm də ölkə xaricində keçirilən yarışlarda bir sıra uğurlu nəticələrə imza atmışdı.