Azərbaycan cüdoçusu Səid Mollayi Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə medal qazanıb.
Oxu.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib çıxıb.
Bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kq) medal qazana bilməyiblər.
Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə edib. Yarış yanvarın 28-də başa çatacaq.
12:25
Azərbaycan cüdoçusu Zelim Tçkayev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə çıxış etməyəcək.
Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, buna 81 kq çəki dərəcəsində yer alan idmançının səhhətindəki problem səbəb olub.
Qeyd edək ki, bu gün Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) tatamiyə çıxacaqlar.
10:41
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Oxu.Az-ın məlumatına görə, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
73 kq.
Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov - Reda Seddouki (Fransa)
81 kq.
Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Zelim Tçkayev - Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi
Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər, digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.