Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın daha bir güləşçisi Xorvatiyadakı yarışda medal qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb.
“Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib olub.
Murad Məmmədov (63 kq) yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə uduzub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin Alyona Kolesnik (59 kq) bürünc mükafata sahib çıxıblar.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Səhiyyə Nazirliyi bölgələrdə kardioloji müayinələr keçirib
- Cəbrayılda daha 37 ailəyə evlərinin açarları təqdim olunub
- Keçmiş döyüşçü: "Allah bundan sonra balalarımıza müharibə qismət eləməsin"
- Cəbrayıla qayıdan sakin: "Ən böyük arzum sülh içində yaşamaqdır"
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib