Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın futbol üzrə I Liqasında da legioner limiti artırılır
Yeni mövsümdə I Liqada da legioner limiti dəyişəcək.
Oxu.Az "Sport24.az"a istinadən xəbər verir ki, ölkə futboluna rəhbərlik edənlər aşağı dəstənin də səviyyəsini yüksəltmək, həmçinin 2025/26 mövsümünün yekununda elitaya yüksələcək komandanın Premyer Liqaya hazır olmasını nəzərə alaraq bu addımı atmağa qərar verib.
Redaksiyamıza daxil olan bilgiyə əsasən, növbəti mövsümdə I Liqada limit "8+3" olacaq. Yəni komandalar eyni anda səkkiz legionerin xidmətindən yararlana biləcək. İcraiyyə Komitəsinin qarşıdakı iclasında bu məsələ gündəmə çıxarılacaq.
Qeyd edək ki, hazırda I Liqada limit "3+8" şəklindədir. Hər komandanın heyətində maksimum üç əcnəbi meydana çıxa bilər.
"Peşəkar Futbol Liqası (PFL)" teqi üzrə xəbərlər
- Peşəkar Futbol Liqası Azərbaycan Kubokunun reqlamentini dəyişdirə bilər
- Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşdi
- Azərbaycan I Liqasında martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb
- Azərbaycan klubunun loqosu dəyişdirildi
- Azərbaycan futbolunda son doqquz mövsümün rekordu qeydə alınıb