Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanmaq üçün mübarizə aparacaq.
Oxu.Az xəbər verir ki, ikinci yarış günündə Vasif Bağırov (57 kq) braziliyalı Kayo Arona üzərində 6:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlsə də, hindistanlı Sumit Malikə 2:9 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Vasif sabah təsəlliverici görüşdə çıxış edəcək.
Anar Cəfərli (92 kq) isə ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi minimal fərqlə (3:2) məğlub edib. Daha sonra Anar həm belaruslu Aleksey Kulakov, həm də hindistanlı Saçin Saçin üzərində 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Yarımfinalda qazaxıstanlı Kamil Kuruqliyevə 6:9 hesabı ilə uduzan Anar sabah bürünc medal uğrunda güləşəcək.
Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan Nurlan Ağazadə bürünc medal uğrunda görüşdə gürcüstanlı Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gəlib.
125 kq çəki dərəcəsində çıxış edən Yusuf Dursunov isə fəxri kürsünün üçüncü pilləsinə qalmaq üçün fransalı rəqibini 3:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, mundial avqustun 24-də yekunlaşacaq.
