Bu gün Azərbaycanın iki MMA idmançısı xaricdə döyüşə çıxacaq.
Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvada gürcü əsilli idmançı Mixail Qoqitidze ilə “Fight Nights Global” kəmərini qorumaq üçün mübarizə aparacaq.
View this post on InstagramINSALLAH GELEBE AMIN🙏🙏🙏🙏💪💪💪🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Ardıcıl doqquz döyüşdə qalib gələn Nəriman Abbasovun rəqibi özündən beş yaş böyükdür. “Fight Nights Global 98” turniri bu gün saat 21:30-dan etibarən “İdman TV” vasitəsilə canlı göstəriləcək.
View this post on InstagramBundan başqa, “Döyüşçü” ləqəbli idmançımız Aqşin Babayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə yarışa çıxacaq. Orada açıq havada “UAE Warriors 13” turniri keçiriləcək.
View this post on InstagramAqşin Babayevin indiyədək 21 qələbəsi və 6 məğlubiyyəti var. Onun rəqibi Cənubi Koreyadan olan Ci Bum Mundur. “Mişar” ləqəbli asiyalı döyüşçü indiyədək peşəkar MMA karyerasında 9 dəfə qələbə qazanıb, 4 dəfə uduzub.
Səbuhi Musayev
"Cənubi Koreya" teqi üzrə xəbərlər
Digər xəbərlər