Azərbaycanın daha bir güləşçisi Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Yusif Dursunov (125 kq) gümüş medal sahibi olub.
O, finalda rusiyalı Habib Davudqadjiyevə məğlub olub.
Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev (61 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Ceyhun finalda erməni güləşçi Levik Mikayelyana uduzub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.
Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyiblər.
Avropa çempionatına martın 15-də yekun vurulacaq.