Noyabr ayının 8-10-da Soçidə FİDE-nin Prezident Şurasının qərarına əsasən 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib.
Oxu.Az SİA-ya istinadən xəbər verir ki, Günay Azərbaycanın Şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdır.