Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması 2026-cı ilin ilk hazırlıq prosesinə başlayıb.
Oxu.Az xəbər verir ki, yanvarın 17-nə qədər davam edəcək təlim-məşq toplanışı Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilir.
Rəşad Eyyubovun baş məşqçisi olduğu komanda hazırlıq çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb.
Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Səbail"in oyunçusu Emin Rüstəmovun əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə U-21-ə cəlb olunub.
Murad Nəsimi