Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyada daha iki medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa Kubokunda daha iki medal qazanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Mədinə Hüseynova (40 kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala yiyələniblər.
Beləliklə, cüdoçularımızın Avropa Kubokunda əldə etdikləri medalların sayı üçə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) qızıl medala sahib çıxmışdı.
Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə çıxacaq.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- "Şirin qorxusu" kampaniyası start götürdü
- Yeni yaradılan Cüdo Liqasının fəaliyyətə başlayacağı tarix açıqlandı
- Federasiya rəsmisi: "Cüdoçulara mükafatlar veriləcək"
- Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçu bəlli olub
- Azərbaycanın cüdo millisi Avropa Kubokunda medal sayına görə birinci olub
Ən çox oxunanlar