Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı alpinistdən yeddinci fəth
Azərbaycanlı alpinist İsrafil Aşurlı iyulun 10-da dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m) fəth edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, İsrafil Aşurlı hündürlüyə əlavə oksigen maskasından istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və Aşurlı bunlardan yeddisini fəth edib.
Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.
"Alpinistlər" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər