Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyi, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyi bildirilib.
Tərəflər əsasən Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və yaşıl iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.
Bununla bağlı nazir paylaşım edib.
Paylaşımda bildirilir:
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays və həmkarları ilə Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması və ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi apardıq".
Dünya Bankının (@WorldBank) Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays (@RSCPryce) və həmkarları ilə Dünya Bankı Qrupunun Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən yeni Ölkə Tərəfdaşlıq #ÇərçivəSənədi-nin hazırlanması və ölkəmizin #iqtisadi inkişafı… pic.twitter.com/ELICurOtP2
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 15, 2024