Türkiyənin Ağrı dağında zirvəyə qalxan alpinistlər 4 200 metr yüksəklikdəki düşərgədə olarkən qaya uçqunu ilə üzləşiblər.
Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, dik yamaclardan qopan nəhəng qaya parçaları düşərgə istiqamətində yuvarlanmağa başlayıb.
Təhlükəni görən alpinistlərdən biri ucadan qışqıraraq dostlarını xəbərdar edib. Digər alpinistlər dərhal təhlükəli ərazidən uzaqlaşaraq faciədən son anda xilas olublar.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.