Ukraynanın "FirePoint" müdafiə şirkəti istehsal olan ballistik raketin ilk dəfə yerli Rusiya ərazisinə buraxıldığını bəyan edib.
Oxu.Az Oboz.ua-ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru İrina Terex bildirib.
Söhbət uçuş məsafəsi 300 kilometrə qədər olan "FP-7" taktiki raketindən gedir.
O deyib ki, hazırda daha uzaqməsafəli Ukrayna ballistik raketləri üzərində işlər davam edir və həmin modellər də bu il ərzində təqdim olunacaq.
Xatırladaq ki, bu ayın əvvəlində Ukraynanın yeni "FP-7" taktiki ballistik raketini ilk dəfə döyüş şəraitində tətbiq etdiyi məlum olmuşdu. Oktyabrın 1-də Prezident Volodimir Zelenski raketin buraxılışının əks olunduğu videonu paylaşaraq bildirmişdi ki, ilk döyüş tətbiqindən sonra növbəti mərhələ onun seriyalı istehsalı olmalıdır.