"Breaking Bad" serialında Uolter Uaytın oğlu Flinn rolunu canlandıran amerikalı aktyor Roy Frenk Mitte 34 yaşında ölüb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun Texas ştatında öldüyünü yerli rəsmilər təsdiqləyiblər.
Onun intihar etdiyi barədə xəbərlər yayılsa da, ölüm səbəbi ilə bağlı araşdırma davam edir.
Serebral ifliclə yaşayan Mitte əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə də məşğul olub, "Birləşmiş Serebral İflic" təşkilatının və "Shriners Children's" fondunun səfiri kimi fəaliyyət göstərib.
Aktyor "Breaking Bad" serialının 56 seriyasında rol alıb. O, həmçinin "The Oak Room", "The Recall" və "The Guardians of Justice" ekran əsərlərində çəkilib.