2013-cü ildə Moskva və Rusiyanın karate üzrə çempionları Rəhim Qasımlı və Pünhanə Qasımova dünya çempionu adını qazanıblar.
Oxu.Az Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fonduna istinadən xəbər verir ki, 2013-cü ilin yekunlarına əsasən, Nokdaun Karate Federasiyası həmyerlilərimizə növbəti dəfə “İlin idmançıları” adını verib.
Bu gün uşaqlar artıq məşqçi fəaliyyəti ilə məşğul olurlar.
20 yaşlı Rəhim və Pünhanə digər gənclər üçün yaxşı nümunədirlər.