Bu gün Rusiyanın “AMC Fight Nights” turnirinin yüngül çəkidə kəmərinin sahibi Nəriman Abbasov karyerasının ən vacib döyüşünə çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, “Çingiz xan” ləqəbli azərbaycanlı Həbib Nurməhəmmədova məxsus olan EFC turnirinin icraçı prezidenti Şamil Zavurovla döyüşəcək.
Bu görüş Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Nəriman Abbasov bu anadək son 11 döyüşdə məğlubedilməz olub. Həbib Nurməhəmmədovun yeznəsi olan Şamil Zavurov isə idmançı karyerasının son döyüşünü Nərimana qarşı keçirəcək. “Dağıstan aslanı” adlandırılan 37 yaşlı Zavurov son 5 görüşündə məğlubedilməzdir.
Qeyd edək ki, bu görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüş Rusiyanın “Matç TV” telekanalı vasitəsilə göstəriləcək. Turnir Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunacaq.
View this post on InstagramView this post on Instagram"Çin" teqi üzrə xəbərlər
- Trampın təyyarəsində jurnalistlərin telefonları əllərindən alınıb
- Putin Çinə niyə nüvə çamadanı ilə gedib? - ABŞ və Rusiyadan fərqli reaksiya
- Tramp Si Cinpinin çıxışı zamanı mürgülədi - Video
- Çində robotların rəqsi "Ginnesin Rekordlar Kitabı"na düşdü - Foto/Video
- Putin Çinə nüvə çamadanı ilə gedibmiş - Foto/Video
Digər xəbərlər
