Azərbaycanın MMA döyüşçüsü, hazırda Rusiyanın “Fight Nights Global” turnirinin yüngül çəki dərəcəsində çempionu Nəriman Abbasov bir məsələyə aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, N.Abbasov 2018-ci ildə Tofiq Musayevin Bakıda məğlub etdiyi rusiyalı Maarif Pirayevin onunla döyüşmək istəməsinə cavab verib:
“İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir. Artıq qəfəsdə yox, yalnız onun kənarında özünü göstərə bilənlər başqa nə edə bilər ki?! MMA kimi məşhur idman növündə təvazökar döyüşçü olmağı çoxu bacarmır”.
View this post on InstagramQeyd edək ki, “Piranya” ləqəbli M.Pirayev çempionluq kəməri üçün məhz N.Abbasovla döyüşmək istəyir. Təşkilatçılar isə sentyabrın 25-də Nərimana rəqib kimi digər rusiyalı Mixail Qoqitidzeni təyin edib.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Qardaşlığı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin əl işləri - Foto/Video
- Bakı ilə Brüsselin yaxınlaşması Cənubi Qafqazda kimin təsirini azalda bilər? - Video
- Paytaxtda mağazadan qızıl oğurlayan qadınlar yaxalandılar - Video
- Bakıdakı insidentin şok detalları: Sevgilisini başqa qadınla tutubmuş - Video
- Bakıda 17 yaşlı oğlan xəsarət aldı: Təfərrüat bilindi
Digər xəbərlər