Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı futbolçu aldadıldı
Azərbaycanlı futbolçu Famil Camalovu menecerlər aldadıb.
Oxu.Az xəbər verir ki, I divizionda çıxış edən “Zaqatala” klubunun 21 yaşlı hücumameyilli yarımmüdafiəçi UEFA-nın tanıdığı Cənubi Kirpdə yox, yalnız Türkiyənin tanıdığı Şimali Kiprdə oynayacaq.
Halbuki meneceri onun Kiprin AEL klubunda oynayacağını bildirmişdi. I divizionda oynayan futbolçunun Kipr elitasında mübarizə aparan klubdan təklif alması isə heç inandırıcı gəlmirdi. Ancaq indi məlum olub ki, o aldadılıb.
Gənc futbolçu Cənubi Kiprdə yox, UEFA-nın tanımadığı Şimali Kiprdə oynayacaq.
Qeyd edək ki, Moskva doğumlu, 21 yaşadək millimizin üzvü Famil Camalov əvvəllər “Qarabağ”ın aşağı yaş qruplarında ibarət komandasında oynayıb.
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər