Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya yığmasında karyerasının bitdiyini bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, Xorvatiyaya qarşı keçirilimiş futbol üzrə dünya çempionatının ¼ finalından sonra bildirib:
“Artıq qərar vermişəm. Qərara gəldim ki, bu, mənim Rusiya yığmasında son oyunumdur”.
Səmədov Rusiya yığmasında 53 matçda iştirak edib və 7 qol vurub. Milli komanda da o, 2011-ci ilədək debüt edib.