Futbol üzrə dünya çempionatında 1/4 finala yekun vurulub.
Oxu.Az xəbər verir ki, bu mərhələnin son matçında meydan sahibi Rusiya ilə Xorvatiya qarşılaşıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lakin komandalar əlavə olunmuş otuz dəqiqə ərzində hərəyə daha bir qol vurub. Beləliklə, 120 dəqiqə 2:2 hesabı ilə nəticələndiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət edib. Burda xorvatlar dəqiq olub – 4:3.
Bununla da meydan sahibləri turnirlə 1/4 finalda vidalaşıb. Xorvatiya isə iyirmi il sonra yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Xorvatiyanın yarımfinaldakı rəqibi İngiltərə millisi olacaq.
Səbuhi MUSAYEV
00.20
Rusiya və Xorvatiya yığmaları arasında ¼ final matçının əsas vaxtı 1:1 hesabı ilə bitib.
Oxu.Az-ın məlumatına görə, hər iki qol birinci taymda vurulub.
31-ci dəqiqədə Rusiya yığması irəli çıxıb. Denis Çerışev cəriməyə yaxınlaşaq mərkəzdən qapıya top vurub.
10 dəqiqə sonra Xorvatiya yığmasından Andrey Kramariç qol vura bilib.
Hazırda komandaları əlavə iki 15 dəqiqəlik hissə gözləyir. Əgər onlar da qalibi müəyyən etməzsə, yığmalar penaltilərdə qalibi müəyyənləşdirməli olacaq.
Rəylər