Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanlı futbolçu Polşa liqasında həftənin rəmzi komandasına düşüb
"Radomyak"da çıxış edən Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında həftənin rəmzi komandasına düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ekstraklasanın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
28 yaşlı müdafiəçi XV turun 11-liyinə seçilib. Məmmədovun komandası səfərdə "Poqon"u məğlub edib - 1:0. Azərbaycanlı oyunçu bu matçda sonadək meydanda olub.
Qeyd edək ki, "Radomyak" 15 qarşılaşmadan sonra 16 xalla 13-cü pillədə qərarlaşıb.
Ən çox oxunanlar
Rəylər