AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verən insidentlə bağlı qərar verib.
Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də baş tutan qarşılaşmanın 30-cu dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Samir Həsənov aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərib, hakimi təhqir edib və qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb.
İntizam Komitəsinin qərarına əsasən, S.Həsənov 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.