Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanlı hakim “Bordo”nun futbolçusunu qovdu
Azərbaycanlı futbol hakimi Əliyar Ağayev Avropa Liqasının pley-off matçları çərçivəsində Belçikanın “Xent” və Fransanın “Bordo” klublarının görüşünü idarə edib.
Oxu.Az xəbər verir ki, Belçikadakı görüş qolsuz heç-heçə ilə başa çatıb.
Ağayev bu görüşdə iki sarı və bir qırmızı vərəqə göstərib.
Həmin vərəqələr “Bordo” klubunun müdafiəçisi Jül Kundeyə göstərilib. Əliyar Ağayev 41-ci dəqiqədə ilk, 90+3-cü dəqiqədə isə ikinci sarı vərəqəni göstərməklə 19 yaşlı futbolçunu meydandan qovub.
Yeri gəlmişkən, futbolçunun ikinci sarı vərəqə alması “Bordo”nu razı salmayıb. Klubun rəsmi saytı futbolçunun topla oynadığını, burada təhlükəli oyun olmadığını və azərbaycanlı hakimin qərarının kifayət qədər mübahisəli olduğunu bildirib.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Yaşar Güler: "Qafqazda sabitlik Azərbaycan-Ermənistan sülh sazişi vasitəsilə əldə olunacaq"
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
Rəylər