BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan De Mistura İran, Rusiya və Türkiyə rəhbərlərini Cenevrəyə dəvət edib.
Oxu.Az-ın xəbərinə görə, dəvət Suriyadakı mövcud vəziyyət və həmin ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlıdır.
Suriya ilə bağlı Zirvə toplantısının isə sentyabrın 11-12-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi nəzərdə tutulur.
Bu zirvənin ardınca isə BMT ABŞ-ın da daxil olacağı paralel bir iclas təşkil etməyi planlaşdırır.
Kamil HƏMZƏOĞLU
www.oxu.az