Bu il Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədovun da adı var.
Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı iyul ayında açıqlanacaq.
Onu da bildirək ki, dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 16 komandanın iştirakı ilə keçiriləcək yarış 19-29 avqust tarixlərində baş tutacaq. İştirakçılardan yalnız dördü – meydan sahibi Rusiya, Asiyadan isə Yaponiya, Oman və BƏƏ məlumdur.
Səbuhi Musayev