Azərbaycan millisi İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarının ikinci gününə də uğurla başlayıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, yığmamıza bu dəfə Rafael Ağayev (75 kq) qızıl medal qazandırıb.
Əlcəzair, Türkiyə və Misir karateçilərinə qalib gələrək finala yüksəlib. Ağayev həlledici qarşılaşmada iranlı idmançı ilə üz-üzə gəlib. Dünyada kifayət qədər tanınmış həmyerlimiz bu rəqibinə də yerini göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, Azərbaycan yığmasının aktivindəki medalların sayı 3-ə çatıb. Ağayevdən öncə Ayxan Mamayev (84 kq) qızıl, Şahin Atamov (+84 kq) gümüş medala sevinmişdi.