Kikboksinq üzrə azərbaycanlı dünya çempionu Amin Quliyev növbəti titulunu qazanıb.
Oxu.Az xəbər verir ki, təmsilçimiz Tailandda Dünya Kubokunun qalibi olub.
Quliyev Banqkokda keçirilən yarışda "K-1" qaydaları ilə 67 kq çəkidə mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, Amin dünya və Avropa çempionu, III Ümumdünya Kombat Oyunlarının qalibidir.