Rusiya birbaşa investisiya fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla Peterburqdakı "Qrand Avropa" hotelində görüşüb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, RFPI-nin rəhbəri ABŞ prezidentinin xüsusi elçisi ilə hoteldən kortejlə ayrılıblar.
Xatırladaq ki, bu gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfər edib.