Amerikalı sahibkar İlon Maskın təsis etdiyi "Boring Company" şirkəti Rusiya və ABŞ arasında tunelin tikintisinə başlamalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"The Boring Company" üçün Rusiya ilə ABŞ-ni, Avrasiya və Amerikanı birləşdirəcək "Putin - Tramp" tunelinin tikintisinə başlamaq vaxtı çatıb", - deyə o bildirib.
Dmitriyev öz paylaşımında Berinq boğazının altından tunelin necə keçə biləcəyini göstərən xemi də paylaşıb. Beləliklə, layihə reallaşacağı təqdirdə iki qitəni bir-birinə bağlayacaq və dünyada ən nəhəng infrastruktur təşəbbüslərindən birinə çevriləcək.
Qeyd edək ki, Dmitriyev oxşar təşəbbüslə 2025-ci ildə də çıxış etmişdi.