Fransada ilkin səsvermədə qalib gəlmiş "İctimai tribuna" partiyasının lideri və Avropa Parlamentinin deputatı Rafael Qlüksmann hücuma məruz qalıb.
Oxu.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, naməlum şəxs siyasətçinin üzərinə un atıb.
Qeyd olunub ki, R.Qlüksmann onu gözləyən taksiyə doğru yönələndə naməlum şəxs siyasətçini unla səpələyib, bundan sonra hadisə yerindən uzaqlaşıb.
Oktyabrın 11-də Qlüksmann partiyanın praymerizinin birinci turunda 66.% səs toplayaraq qalib gəlib. Onun ən yaxın rəqibi, Sosialist Partiyasının birinci katibi Oliver For 14.48% səs alıb. Beləliklə, Qlüksmann 2027-ci ilin yazında keçiriləcək prezident seçkisində sosialistlərin və onların müttəfiqlərinin namizədi olub.