Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Si Cinpin: "Rüsum müharibələrində qalib yoxdur"
"Rüsum müharibələrində qaliblər olmur, dünyaya qarşı çıxmaq özünü təcrid etmək deməkdir".
Oxu.Az-ın Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbərinə görə, bu sözləri Çin Xalq Respublikasının sədri Si Cinpin İspaniyanın Baş naziri Pedro Sançeslə görüşü zamanı deyib.
Si Cinpinin sözlərinə görə, son 70 ildə ölkənin inkişafı müstəqillik və gərgin əmək üzərində qurulub. O, heç vaxt kiminsə lütfünə arxalanmayıb və əsassız təzyiqdən qorxmayıb.
Si Cinpin əmin olduğunu bildirib ki, Çin tərəfi əminliyini, təmkinini qoruyub saxlayacaq və diqqətini öz işini layiqincə yerinə yetirməyə yönəldəcək.
"Si Cinpin" teqi üzrə xəbərlər
- Azərbaycanla Çin arasında münasibətlər strateji müstəviyə qaldırılıb
- Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
- Si Cinpin: "Ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur"
- Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib
- Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
Ən çox oxunanlar