Yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov “Neftçi” Peşəkar Futbol Klubuna dəstək olub.
Oxu.Az-ın xəbərinə görə, o, “Neftçi” klubu tərəfindən göndərilmiş narıncı formanı qəbul edərək paylaşım edib:
“27 noyabr saat 18:15-də “Neftçi” komandası “Səbail” ilə baş tutacaq matça qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Hər kəsi bu görüşdə gözləyəcəyəm”.
View this post on InstagramQeyd edək ki, “Neftçi” klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr - 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində Premyer Liqanın XII turu çərçivəsində keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək.
Səbuhi Musayev
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- MDB ölkələri əhalinin siyahıyaalınması ilə bağlı sənədi imzaladı
- "El-Ninyo" gücünü artırır: Dünya üçün təhlükəli dövr başlayır
- İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
- Cənubi Koreya Ukraynadakı səfirini geri çağırır
- Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəfəkkir və alimlərin BMT-də xüsusi təqdimatlarını keçirəcəklər
Digər xəbərlər