Bu gün Moskvada şahmat üzrə Qran-prinin ikinci mərhələsi start götürür.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva mərhələsində 18 şahmatçı iştirak edir.
Azərbaycanı yarışda Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir.
10 gün ərzində davam edəcək Moskva mərhələsində 18 iştirakçı İsveçrə sistemi üzrə doqquz partiya oynayacaq.
FİDE-nin Qran-pri seriyası dörd mərhələdən ibarət olur və çempionat silsiləsinin bir hissəsidir.
Ev sahibliyi edən şəhərlər sırasına dörd dünya şahmat mərkəzi Şarca (BƏƏ), Moskva (Rusiya), Cenevrə (İsveçrə) və Palma-de-Mayorka (İspaniya) daxildir.
Moskvadakı mərhələ bu seriyada ikincidir. Mərhələnin nəticələrinə görə, iki şahmatçı namizəd turnirinə vəsiqə qazanacaq. Onlar planetin ən yaxşı şahmatçısı adı üçün amerikalı Maqnus Karlsen ilə oynamaq uğrunda mübarizə aparacaqlar. Namizədlərin turniri 2018-ci ilin martında keçiriləcək.
Yarışların təşkilatçısı çempionat turnirini kommersiya hüquqlarına sahib olan “World Chess” şirkətidir.
N.О.
www.oxu.az