Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı samboçu beş il müddətinə diskvalifikasiya olundu
Azərbaycan samboçusu Ramil Vəliyev cəzası məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) məlumat yayıb.
Qurum döyüş samboçusunu beş il müddətinə diskvalifikasiya edib. Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. 2022-ci ilin sentyabrında Avropa çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılan Vəliyevin cəzası həmin il oktyabrın 28-dən hesablanır.
O, 2027-ci ilin oktyabrın 27-də yarışlara qayıda biləcək.
Qeyd edək ki, Ramil 2022-ci ildə 79 kiloqram çəkidə qitə çempionatının gümüş medalını qazanıb.
Ən çox oxunanlar