Məşhur azərbaycanlı voleybolçu Valeriya Korotenko ana olub.
Oxu.Az xəbər verir ki, 30 yaşlı voleybolçu bu barədə Facebook səhifəsində yazıb.
“Mənim böyük xoşbəxtliyim dünyaya gəldi. Mən anayam”.
Qeyd edək ki, Korotenko əvvəllər voleybol ilə məşğul olan, cüdoçu Nicat Məmmədov ilə evlidir.
2013-cü ilin yanvar ayından noyabr ayına qədər Valeriya “Azəryol”da çıxış edib, daha öncə isə Azərbaycan komandaları “Azərreyl” və “Lokomotiv”də, eləcə də İsveçrənin “Volero” və türk komandası “Fenerbahçe”də çıxış edib.