Qadın voleybolçulardan ibarət Azərbaycan klubları üçün yeni avrokubok mövsümünə start verilib.
Oxu.Az xəbər verir ki, beynəlxalq arenada çıxış edəcək 4 komandamızdan mübarizəyə öncə “Azərreyl” başlayıb.
Bakı təmsilçisi “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk qarşılaşmasında Avstriyanın “İnsburk” klubu ilə qarşılaşıb və rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, razılaşmaya əsasən hər 2 görüş Bakıda oynanılacaq. Komandalar cavab matçına sabah, saat 15:30-da çıxacaqlar.
“Çelenc Cup”, II təsnifat mərhələsi, ilk oyun
11 noyabr
“İnsburk” (Avstriya) – “Azərreyl” (Azərbaycan) - 0:3 (10:25; 16:25, 18:25)
Hakimlər: Boyan Bardiç (Xorvatiya), Kristian Vanaveski (Estoniya)
Bakı, Voleybol Mərkəzi
E.Ə.
www.oxu.az