Azərbaycanın qadınlardan ibarət voleybol klubu “Azəryol” CEV Kubokunun dörddə bir finalının birinci matçını keçirib.
Oxu.Az xəbər verir ki, bizim komanda Polşanın “Polski Tsukier” komandası ilə oynayıb və ona 2:3 (25:27, 25:18, 25:23, 23:25, 5:15) hesabı ilə məğlub olub.
Yanvar ayının 26-da komandalar Bakıda cavab matçı keçirəcək.
“Azəryol”-un bu oyunda 3:0 və ya 3:1 hesabı ilə qələbə qazanması lazımdır. Əgər Bakı klubu 3:2 hesabı ilə qalib gələrsə, iki görüşün qalibini müəyyənləşdirmək üçün əlavə partiya keçirmək lazım gələcək.
F.H.
www.oxu.az