Azərbaycan 2016-cı ildə keçiriləcək WTA (Qadın tennis assosiyasıası) tennis turnirindən imtina edib.
Oxu.Az xəbər verir ki, ənənəvi olaraq Bakıda keçirilən turnir gələn il Çinin Nançanq şəhərində təşkil ediləcək.
Nüfuzlu turnir Bakıda 2011-ci ildən etibarən keçirilirdi. Turnirin son qalibi rusiyalı Marqarita Qasparyan olub.
F.H.
www.oxu.az