Bu gün Bakı-2015 I Avropa Oyunlarında badminton yarışlarında qrup mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, təklərin yarışında çıxış edən Kamran Rzayev B qrupunda son matçını keçirib. İtaliyalı Rosario Maddaloniyə 2 setdə uduzan badmintonçumuz mübarizəni dayandırıb.
Rzayevin Orxan Qələndərovla çıxış etdiyi cütlük isə rusiyalılar Vladimir İvanov və İvan Sozonovlə görüşəcək. Qrup lideri ilə oyunda idmançılarımız ilk setini qazanmağa çalışacaq.
E.Ə.
www.oxu.az