Oxu.Az xəbər verir ki, 64 kq çəki dərəcəsində Lorenzo Sotomayor Ukrayna təmsilçisi Viktor Petrov üzərində 3:0 (30:27; 30:27; 30:27) hesablı qələbə nəticəsində finala yüksəlib.
14:10
Oxu.Az xəbər verir ki, boks üzrə 52 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə almaniyalı Hamza Tubaya 3-0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
12:52
Oxu.Az xəbər verir ki, Anna Əlimərdanova yarımfinalda Rusiya təmsilçisi Yelena Savelyeva ilə üz-zə gəlib. Görüş Annanın 3-0 hesablı məğlubiyyəti ilə bitib. Anna bürünc medal qazanıb.
12:30
Bu gün Kristal Zalda keçiriləcək yarışlarda Azərbaycanın boksçuları mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, boksçumuz Anna Əlimərdanova qadınlar arasında yarımyüngül çəki dərəcəsinin (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.
Yüngülvari çəki dərəcəsində (52 kq) mübarizə aparan Elvin Məmişzadə (AZE) finala çıxmaq üçün rəqibi Hamza Toubaya (GER) qalib gəlməlidir.
Lorenzo Sotomayor (AZE) isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64 kq) rəqibi Viktor Petrovla (RUS) üz-üzə gələcək.
Azərbaycanı təmsil edən Teymur Məmmədov qızıl medal uğrunda həlledici döyüşə çıxacaq.
O, 81 kq çəkidə italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Final görüşü saat 19:45-də baş tutacaq.
E.Ə.