Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.
Oxu.Az xəbər verir ki, 2 çəki dərəcəsində boksçularımız mübarizəyə başlayır.
81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Teymur Məmmədov 1/16 finalda britaniyalı Coşua Buatsi ilə üz-üzə gəlib və rəqibini 3:0 hesabı ilə məğlub edib.
Digər boksçumuz, 64 kq çəki dərəcəsində çıxış edən Kollazo Sotomayor 1/16 finalda sloveniyalı Edin Seydinoviçlə qarşılaşacaq.
Görüş 18:15-də başlayacaq.
E.Ə.
www.oxu.az