Bu gün Bakı-2015 I Avropa Oyunlarının suyatullanma yarışlarına yekun vurulacaq.
Oxu.Az-ın Apasport.az-a istindən məlumatına görə, kişilər platformada, qadınlar 3 metrlik tramplində mükafatçıları müəyyənləşdirəcək.
Hər iki yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparıb.
Qadınların yarışında Olqa Bıkovskaya çıxış edib. Platformada 11-ci, 1 metrlik tramplində 27-ci olan idmançımız bu dəfə də uğursuz nəticə göstərib. 328,15 xal yığan təmsilçimiz 28 iştirakçı arasında 26-cı olub. Final mərhələsinə yüksələn 12 idmançı arasına düşə bilməyən Olqa Avropa Oyunlarında çıxışlarını başa vurub.
Kişilərin mübarizəsində isə Artyom Danilov çıxış edib. 1 metrlik tramplində 8-ci, 3 metrlik tramplində 17-ci olan təmsilçimiz platformada qüvvəsini sınayıb. 10 cəhdin yekununda 407,45 xal yığan idmançımız təsnifat mərhələsində 10-cu olub. Bununla da Artyom saat 20:15-də başlayacaq final mərhələsinə yeksəlib.
10:33
Birinci Avropa Oyunları çərçivəsində suya tullanma yarışlarının final mərhələsi başlayıb.
Oxu.Az xəbər verir ki, yarışlarda ölkəmizi 2 idmançı təmsil edəcək.
Qadınların yarışında Olqa Bıkovskaya, kişilərdə isə ölkəmizi Artyom Danilov təmsil edəcək.
Bu idman növündə 2 dəst medal oynanılacaq.
www.oxu.az