Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
Oxu.Az apasport-a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsinə start verilib.
Azərbaycanı təmsil edən qrup lentlərlə hərəkətdə təsnifat mərhələsini adlaya bilməyib. 16,700 xal toplayan komandamız 13 iştirakçı arasında 8-ci olub.
Final mərhələsinə 6 yığma yüksəlib. Gürzlər və həlqələrlə hərəkətdə 15,450 xal toplayan təmsilçilərimiz 9-ci olaraq, finala çıxa bilməyib.
Heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış etdiyi yığmamız iki hərəkətin cəmində 32,150 xal qazanıb. Bununla da təmsilçilərimiz çoxnövçülük yarışlarında 9-cu olub.
Avropa oyunlarının qalibi adına isə Rusiya yiyələnib – 35,300.
İsrail təmsilçiləri 2-ci yerlə kifayətlənib – 35,050. Belarus yığması isə 34,850 xalla 3-cü pilləni tutub.
12:02
Bakı-2015 I Avropa Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışların ilk günündə qrupların mübarizəsi keçiriləcək.
Lent, gürzlər və həlqələrdə təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan gimnastları çoxnövçülükdə yarışacaqlar. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır.
Komandamız xalça üzərinə 8-ci çıxacaq.
E.Ə.