Oxu.Az xəbər verir ki, idmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar Məlikova hərəyə 6 görüş keçirərək, bütün oyunlarda məğlub olub. 24 qarşılaşmada qələbə qazana bilməyən şpaqaçılarımız 1/16 finala çıxa bilməyərək, mübarizəni dayandırıb.
Kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayacaq.
09:15
Avropa Oyunlarının 12-ci günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında qılıncoynatma yarışları başlayıb.
Oxu.Az xəbər verir ki, ölkəmizi ilk olaraq qadınlar arasında Şpaqa ilə fərdi yarışda on altı yaşlı Məryəm Məlikova və iyirmi yaşlı Nübar Məlikova təmsil edəcək. Onlar bacıdırlar.
Yarış cədvəli belədir:
09:00 Qadınlar arasında Şpaqa ilə fərdi yarış Qrup Raundu
11:00 Qadınlar arasında Şpaqa ilə fərdi yarış 32-lər cədvəli
11:50 Kişilər arasında Sablya ilə fərdi yarış Qrup Raundu
12:20 Qadınlar arasında Şpaqa ilə fərdi yarış 16-lar cədvəli
13:20 Qadınlar arasında Şpaqa ilə fərdi yarış 1/4 Final
14:20 Kişilər arasında Sablya ilə fərdi yarış 32-lər cədvəli
15:30 Kişilər arasında Sablya ilə fərdi yarış 16-lar cədvəli
16:20 Kişilər arasında Sablya ilə fərdi yarış 1/4 Final
18:15 Qadınlar arasında Şpaqa ilə fərdi yarış Yarımfinal
19:00 Kişilər arasında Sablya ilə fərdi yarış Yarımfinal
19:30 Qadınlar arasında Şpaqa ilə fərdi yarış Finallar
20:00 Kişilər arasında Sablya ilə fərdi yarış Finallar
E.Ə.
www.oxu.az