Bu gün Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçuların qrup mərhələsinin son oyunları keçirilir.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması da son qarşılaşmasına çıxıb.
Keçirdiyi ilk 4 matçın hamısında məğlub olan millimiz son turda ilk “dördlüy”ə düşməyi təmin edən Türkiyə ilə üz-üzə gəlib. Bu oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni dayandıracağı rəsmiləşən yığmamız növbəti xalı qazanmağa nail olub.
Belə ki, ilk iki seti uduzan millimiz hesabı bərabərləşdirərək, oyunu tay-brekə daşıya bilib. Həlledici hissədə uduzan komandamız 2:3 hesabı ilə yenilsə də, 1 xal əldə edib.
A qrupunda 1/4 finala vəsiqələri Fransa, Polşa, Serbiya və Türkiyə qazanıb. B qrupunda isə Almaniya, Rusiya, Bolqarıstan və Slovakiya 1/4 finala yüksəlib.