Bakı Yay Universiadası-2019-u keçirməkdən imtina edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu barədə “Inside the Games” yazıb.
Məlumata görə, hal-hazırda Universiadanın keçirilməsinə yalnız iki şəhər - Braziliya və Budapeşt iddia edir.
“Azərbaycan 3 böyük yarışmanın keçirilməsinə diqqətini cəmləyib. Bu Avropa oyunları-2015, Ümumdünya Şahmat Olimpiadası-2016 və İslamiada-2017-dir”, - deyə “Inside the Games” yazır.
Bundan əlavə, “Inside the Games” yazır ki, Azərbaycan funksionerləri bu il Kazan şəhərində 10 mindən çox idmançını toplayan Universiadanı idmançıların yaşama yerinin çatışmazlığından və nəqliyyat problemlərinə görə keçirməyin öhdəsindən gəlməməkdən ehtiyat edir.
Bununla bağlı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da şərhi verilib.
“Universiadanı keçirsəydik, bizim bütün idman obyektləri yarışma üçün 100% lik hazır olardı. Ancaq yaşama yerləri ilə bağlı problemlərin necə olacağını bilmirik. Ona görə də, biz bu tədbiri keçirmək planımızı gələcəyə təxirə saldıq.
Universiadanın keçiriləcəyi şəhərin adı noyabrın 9-da məlum olacaq.