Bakının “Lokomotiv” qadın voleybol klubunun yeni baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu vəzifəni türk Bülent Karslıoğlu tutub.
O, Azərbaycanın kişi voleybol yığmasının məşqçisidir.
Karslıoğlu ilə mövsümün sonunadək razılıq əldə olunub. İstisna deyil ki, o, gələn mövsümdə də baş məşqçi vəzifəsində qalacaq.
Superliqanın “Telekom”a qarşı keçiriləcək sabahkı matçına “Lokomotiv” artıq türk mütəxəssisin rəhbərliyi altında çıxacaq.
F.H.
www.oxu.az