Bakı Olimpiya Stadionu hər kəs üçün turlar həyata keçirir.
Oxu.Az-a daxil olan məlumata görə, gəzinti proqramına stadionun texniki zonaları, media mərkəzi, futbolçuların paltardəyişmə otaqları və, əlbəttə ki, əsas meydança və tribunalar ilə tanışlıq daxildir.
Bu yaxınlarda, "Mur və Marya Blog"-u aparan gənc bloqerlər Murad Seyidzadə və Məryam Rzayeva ilə birlikdə Bakının məktəblilər üçün matç günü formatında növbəti tur təşkil olunub.
Onları qadınlardan ibarət U-21 Milli komandanın kapitanı, mərkəzi müdafiəçi Əminə Heydərova qarşıladı. Məktəblilər jurnalistlər rolunda press-konfrans keçirdilər və Əminəyə maraqlı suallar verdilər, sonra isə stadionun tikintisi haqqında filmə baxdılar.
Paltardəyişmə otağında uşaqlar oyun günü oyunçular kimi meydançaya çıxarkən müvafig emosiyalar yaşamağa bir şans qazandılar. Əsas meydançanı ziyarət etməkdən sonra isə məktəblilər ən yüksək tribunaya qalxdı əsl azarkeşlər kimi dalğanı və digər azarkeşlik atributtları öyrəndilər.
E.Ə.
www.oxu.az