Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi 2016-cı ilin yekunlarına əsasən, ilin təşkilatçısı nominasiyasında “ZƏFƏR” Yüksək İdman Nailiyyətləri Beynəlxalq mükafatına layiq görülüb.
Oxu.Az-a daxil olan məlumata görə, nominasiya 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinə görə təqdim olunub.
Mükafatı Əməliyyat Komitəsinin direktor müavini Joana Qolas qəbul edib.
Xatırladaq ki, 2016-cı ildə Bakıda təşkil edilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 176 ölkə iştirak edib. Bu göstərici FİDE tarixində yeni rekord müəyyənləşdirib.
E.Ə.
www.oxu.az